"Azərbaycanlı uşaqlarla bağlı bizə müraciət edilməyib" - İraq XİN

"Azərbaycanlı uşaqlarla bağlı bizə müraciət edilməyib" - İraq XİN
  06 Aprel 2018    Oxunub:1432
"Biz İraq hökuməti olaraq bir çox ölkələrə öz vətəndaşlarını qaytarmağa kömək etmişik. Məsələn, Rusiya vətəndaşı olan 27 uşaq bu ölkəyə geri qaytarılıb"

Bunu AzVision.az-a açıqlamasında İraqın xarici işlər nazirinin müavini Səid Şorş Xalid deyib.
Nazir müavini İraqdakı azərbaycanlı qadın və uşaqların qaytarılması ilə bağlı sualı cavablandıraraq bildirib ki, İraq bu məsələni Azərbaycanla müzakirə edə bilər.

"Biz Azərbaycanla bu məsələni müzakirə edə bilərik. Əgər İraqda azərbaycanlı uşaqlar varsa, biz bu məsələni həll edə, qaytara bilərək. Bildiyim qədəri ilə bununla bağlı Azərbaycan hökuməti, XİN-dən bizə rəsmi sorğu, məlumat gəlməyib".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İraq   XİN  





Xəbər lenti