“Dünyaya ərazi bütövlüyünə sadiq ölkələr lazımdır” - Venesuela XİN rəhbəri

“Dünyaya ərazi bütövlüyünə sadiq ölkələr lazımdır” - Venesuela XİN rəhbəri
  06 Aprel 2018    Oxunub:1081
““Baqdum prinsipləri” qüvvədə qalmalıdır. Dünyaya münaqişələr deyil, əməkdaşlıq, beynəlxalq qanun və BMT-nin ərazi bütövlüyü kimi prinsiplərinə sadiq ölkələr lazımdır”.
AzVision.az-ın məlumatına görə, bunu Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserrat Bakıda keçirilən Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin aralıq toplantısının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O, qeyd edib ki, ötən əsr mövcud olan təhdidlər qalmaqdadır: “Ölkələrin daxili işlərinə qarışmağın qarşısını almalıyıq”.

Nazir bildirib ki, Bakıda keçirilən Qoşulmama Hərəkatının “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda nazirlər konfransında hərəkat yanında müşahidəçi statusu almış dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri, ümumilikdə 800-dən artıq şəxs iştirak edib: “Biz Bakıda sülh, dayanaqlı inkişaf və digər məsələləri müzakirə etdik. Beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı müasir dünyada öz aktuallığını daha da artırır. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rola malikdir”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: BMT   Venesuela   Bakı   XİN  





Xəbər lenti