Seçki bülletenləri məntəqələrə paylanılıb

Seçki bülletenləri məntəqələrə paylanılıb
  07 Aprel 2018    Oxunub:1363
Seçki bülletenləri dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilib.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, seçki bülletenləri səsvermə gününə azı 3 gün qalanadək məntəqə seçki komissiyalarına paylanılmalıdır.

Proses aprelin 8-dək başa çatdırılmalıdır.

Qeyd edək ki, Azərbaycanda Prezident seçkiləri aprelin 11-də keçiriləcək.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Seçki   MSK  





Xəbər lenti