XİN: Almaniyadakı insidentdə azərbaycanlıların olması araşdırılır
08 Aprel 2018
Oxunub:1846
Almaniyanın Myunster şəhərində yük maşınının insanların üzərinə sürülməsi nəticəsində xəsarət alanların arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır.
Bu barədə Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
O, qeyd edib ki, hadisədə xəsarət alanlar sırasında Azərbaycan vətəndaşlarının olub-olmaması səfirlik tərəfindən Almaniya hüquq-mühafizə orqanları ilə araşdırılır.
H.Hacıyev qeyd edib ki, əlavə məlumat olduğu təqdirdə mətbuata bildiriləcək.