İlham Əliyev Marqvelaşviliyə başsağlığı verib

İlham Əliyev Marqvelaşviliyə başsağlığı verib
  08 Aprel 2018    Oxunub:1577
Azərbaycan Prezidenti İlham Əliyev gürcüstanlı həmkarı Giorgi Marqvelaşviliyə başsağlığı məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, başsağlığı məktubunda bildirilir:

"Hörmətli cənab Prezident,

Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqun nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Gürcüstan   Başsağlığı  





Xəbər lenti