Azərbaycanlılar Niderlandda həmrəylik aksiyası keçirib - FOTOLAR

Azərbaycanlılar Niderlandda həmrəylik aksiyası keçirib - FOTOLAR
  08 Aprel 2018    Oxunub:4492
Avropa Azərbaycanlıları Konqresi, Benilüks Azərbaycanlıları Konqresi və Hollandiyadakı Azərbaycan-Türk Kültür Dərnəyinin birgə təşkilatçılığı ilə ölkəmizin Niderland Krallığının Haaqa şəhərindəki səfirliyi qarşısında azəbaycanlıların həmrəylik aksiyası keçirilib.
Aksiyada Niderland Krallığında yaşayan 100-ə yaxın soydaşımız iştirak edib. Aksiyada çıxış edənlər Azərbaycanın sürətlə inkişaf etdiyini bildirib, ölkəmizdə gedən demokratik prosesləri, iqtisadi, siyasi, mədəni və digər sahələrdə əldə olunmuş nailiyyətləri xüsusi vurğulayıblar. Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunun getdikcə artdığı, regionun lider dövləti kimi qlobal əhəmiyyətli layihələrdə aparıcı rol oynadığı diqqətə çatdırılıb. Aksiya iştirakçıları anti-Azərbaycan qrupların Azərbaycan dövləti əleyhinə fəaliyyətini pisləyərək, bunun ölkəmizin imicinə xələl gətirdiyini bildiriblər.



Qeyd edilib ki, Avropada yaşayan bir neçə şəxs xaricdə fəaliyyət göstərən diasporumuzu təmsil və ya onun adından çıxış edə bilməz.

Aksiya iştirakçıları hər zaman dövlətimizi, onun siyasətini dəstəklədiklərini bəyan ediblər.

Aksiya zamanı soydaşlarımız həmişə Azərbaycan ilə olduqlarını, Vətənin adını daim uca tutduqlarını, gücümüzün birliyimizdə olduğunu bildiriblər.



İştirakçılar “Hər zaman, hər yerdə səninləyik, Azərbaycan!”, “Vətəndən kənarda Vətənin adını uca tutun!”, “Azərbaycan Suriya deyil, olmayacaq da!”, “Bizim gücümüz birliyimizdədir!”, “Azərbaycan qürurumuzdur. Qürurumuza toxunmayın!”, “Fəxr edirik ki, azərbaycanlıyıq!”, “Harada yaşamağımızdan asılı olmayaraq, hər zaman Azərbaycan dövlətinin yanındayıq!”, “Vətənimizin qüdrəti bizim qürurumuzdur!”, “Dövlətimizin və xalqımızın adını uca tutmaqdan şərəf duyuruq!” kimi şüarlar səsləndiriblər.



Aksiya iştirakçıları bəzi anti-Azərbaycan qruplara etirazlarını bildirərək deyiblər: “Təhqir acizlərin son silahıdır. Xaricdə yaşayan hər bir azərbaycanlı Azərbaycan dövləti ilə fəxr edir. Azərbaycanın dövlət rəmzlərini təhqir edənlərə ar olsun. Milli mənafelər şəxsi mənafelərdən öndə dayanmalıdır”.

Soydaşlarımız yaşadıqları ölkədən asılı olmayaraq, bütün azərbaycanlıları birləşməyə, ölkəmizdəki dincliyi və sabitliyi qorumağa səsləyərək deyiblər: “Dövlətçilik maraqlarımız ətrafında sıx birləşək. Azərbaycan dövlətində sabitliyə və dincliyə xələl gətirməyə cəhd etməyin”.

AzVision.az


Teqlər:





Xəbər lenti