AZAL-ın təyyarəsi quşla toqquşub geri qayıtdı

AZAL-ın təyyarəsi quşla toqquşub geri qayıtdı
  09 Aprel 2018    Oxunub:5756
Bakıdan Naxçıvana uçan təyyarə quş ilə toqquşması səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıdıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, aprelin 8-də Bakıdan Naxçıvana uçuş həyata keçirən təyyarə yüksəkliyə qalxarkən quş ilə toqquşub.
Hava gəmisinin kapitanı aeroporta geri dönmək qərarına gəlib. Təyyarə uğurla yerə enib. Sərnişinlərin digər təyyarə ilə yola salınması barədə qərar verilib. Digər təyyarə uçuşa hazırlanır. Hazırda quşun çırpıldığı təyyarəyə texniki baxış keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti