Seçkiqabağı təşviqat sabah başa çatır

Seçkiqabağı təşviqat sabah başa çatır
  09 Aprel 2018    Oxunub:1223
Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat sabah başa çatır.
AzVision.az xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Qeyd edək ki, prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat martın 19-u başlayıb, aprelin 10-u saat 08.00-da dayandırılacaq.

AzVision.az


Teqlər: Seçki   Təşviqat  





Xəbər lenti