MSK sədri: "11 apreldə yüksək seçici fəallığı gözlənilir"

MSK sədri: "11 apreldə yüksək seçici fəallığı gözlənilir"
  09 Aprel 2018    Oxunub:1582
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Məzahir Pənahov “RİA Novosti”yə müsahibəsində bildirib ki, 11 aprel növbədənkənar prezident seçkilərində ənənəvi olaraq yüksək seçici fəallığının olacağı gözlənilir.
AzVision.az-ın məlumatına görə, Pənahov qeyd edib ki, cəmiyyətdə seçkilərə böyük marağın olması müşahidə olunur, elektorat arasında maarifçilik işi aparılır.

Onun sözlərinə görə, 11 partiya seçkiləri müşahidə etmək üçün öz nümayəndələrini qeydiyyatdan keçirib: “Hesab edirəm ki, seçicilərin yüksək fəallığı olacaq. Bir qayda olaraq prezident seçkilərində yüksək seçici fəallığı olur”.

Qeyd edək ki, Azərbaycanda 2013-cü ildə keçirilən prezident seçkilərində seçici fəallığı 72%, 2008-ci ildə 75%, 2003-cü ildə 62%-dən çox olub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: MSK   Məzahir-Pənahov  





Xəbər lenti