“Qarabağ münaqişəsinin həlli ilə bağlı hüquqi baza yaradılıb” – İlham Əliyev

“Qarabağ münaqişəsinin həlli ilə bağlı hüquqi baza yaradılıb” – İlham Əliyev
  09 Aprel 2018    Oxunub:1150
“2018-ci ilin birinci rübü uğurlu olub”
AzVision.az xəbər verir ki, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib. Prezidnet ilin sonuna kimi müsbət dinamikanın saxlanılacağına əmin olduğunu bildirib.

Ölkə baççısı, həmçinin qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hüquqi baza yaradılıb.

“Avropa İttifaqının Şərq Tərəfdaşlığı konfransında qəbul edilən qətnamə də ədalətlidir, beynəlxalq hüquqi əks etdirir”, - deyə prezident vurğulayıb.

Azərbaycanın VI Qlobal Bakı Forumuna, Qoşulma Hərəkatı xarici işlər nazirləri konfransına uğurla ev sahibliyi etdiyini xatırladan dövlət başçısı vurğulayıb ki, bu dövrdə ölkəmizə 7 dövlət və hökumət başçısı səfər edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: İlham-Əliyev   Qarabağ  





Xəbər lenti