MSK-da İƏT-in nümayəndələri ilə görüş keçirilib

MSK-da İƏT-in nümayəndələri ilə görüş keçirilib
  09 Aprel 2018    Oxunub:828
Aprelin 9-da İslam Əməkdaşlıq Təşkilatının siyasi məsələlər departamentinin direktoru Askar Mussinovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında (MSK) olub.
11 aprel prezident seçkilərini izləmək üçün ölkəmizə səfərə gəldiklərini qeyd edən Askar Mussinov müşahidə missiyasının tərkibi barədə məlumat verib. O, seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsinin tərəfdarı olduqlarını bildirərək müşahidə missiyasının nəticələrə dair obyektiv rəy bildirəcəyini diqqətə çatdırıb.

Məzahir Pənahov Mərkəzi Seçki Komissiyasının beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib. MSK sədri prezident seçkilərinin demokratik, azad və şəffaf keçirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib, qonaqların suallarını cavablandırıb.

AzVision.az


Teqlər: MSK   Seçki   İƏT   Görüş  





Xəbər lenti