Prezident Gənclər Fonduna 3 milyon manat ayırdı

Prezident Gənclər Fonduna 3 milyon manat ayırdı
  09 Aprel 2018    Oxunub:1242
Prezident İlham Əliyev Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
“Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Gənclər Fondu publik hüquqi şəxs yaradılıb.

Sərəncama əsasən, gənclərin təhsil, məşğulluq, innovasiya fəaliyyəti, beynəlxalq əməkdaşlıq, asudə vaxtın səmərəli təşkili, ictimai fəal gənclərin stimullaşdırılması istiqamətində həyata keçirilən layihələrin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər Fonduna 3,0 (üç) milyon manat ayrılıb.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Sərəncam  





Xəbər lenti