Bu il 20 min köçkün yeni evlərlə təmin ediləcək

Bu il 20 min köçkün yeni evlərlə təmin ediləcək
  10 Aprel 2018    Oxunub:1622
"Bu il ən azı 4 min ailə - 20 min köçkün yeni evlərlə, mənzillərlə təmin ediləcək"
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib. Ölkə başçısı diqqətə çatdırıb ki, məcburi köçkünlər üçün bu il yeni evlər istifadəyə veriləcək.

"Bu il ən azı 4 min ailə - 20 min köçkün yeni evlərlə, mənzillərlə təmin ediləcək. Keçən il 2300 ailə - yəni, 12 min köçkün evlərlə təmin edilib. Beləliklə, ilin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş köçkünlərin sayı təxminən 285-290 minə çatacaq", - deyə prezident qeyd edib.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti