Moskvadan ABŞ-a sərt xəbərdarlıq: “Ciddi fəsadlar olacaq”

  10 Aprel 2018    Oxunub : 593
Moskvadan ABŞ-a sərt xəbərdarlıq: “Ciddi fəsadlar olacaq”
Moskva ABŞ-ın Suriyaya zərbələr vurmaq qərarı verəcəyi təqdirdə bunun ciddi nəticələrinin olacağına dair Vaşinqtona xəbərdarlıq edib.

AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.
“Müvafiq kanallar vasitəsilə biz ABŞ-a bildirmişik ki, yalan bəhanələrlə Suriyaya qarşı hərbi güc ciddi nəticələrə səbəb ola bilər”, - deyə rusiyalı diplomat bildirib.

Nebenziya vurğulayıb ki, Suriyanın Duma şəhərinə heç bir kimyəvi hücum olmayıb.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Moskva   Rusiya   ABŞ