12 mindən çox polis gücləndirilmiş iş rejiminə keçdi

12 mindən çox polis gücləndirilmiş iş rejiminə keçdi
  10 Aprel 2018    Oxunub:2031
Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar aprelin 10-dan 14-nə kimi daxili işlər orqanlarının bütün qurumlarının əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq.
AzVision.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən bu gündən etibarən polis əməkdaşları gücləndirilmiş iş rejimə keçib.

Qeyd edək ki, dairə və məntəqə seçki komissiyalarının mühafizəsini təmin etmək üçün 12000-dən çox polis cəlb ediləcək.

AzVision.az


Teqlər: Seçki   Polis   Nəzarət  





Xəbər lenti