İki ayda 2383 ailə boşanıb

İki ayda 2383 ailə boşanıb
  10 Aprel 2018    Oxunub:1429
Cari ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8065 nikah və 2383 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,1, boşanmaların sayı isə 1,5 olub.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, bu ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 756 nəfər gələn və 200 nəfər ölkədən gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 556 nəfər təşkil edib.

AzVision.az


Teqlər: DSK   Boşanma  





Xəbər lenti