“Viber”dən Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat - FOTO

“Viber”dən Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat - FOTO
  10 Aprel 2018    Oxunub:3607
İnternet istifadəçiləri üçün pulsuz rabitə və məlumat mübadiləsini təmin edən "Viber" proqramı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsini ayrıca bir “dövlət” kimi təqdim edib.

AzVision.az xəbər verir ki, "Viber" proqramında qeydiyyatdan keçən istifadəçilərə yaşadıqları ölkəni seçmək təklif olunur. Qeydiyyat bölümündə Qarabağ "müstəqil dövlət" kimi göstərilib
Aparılan araşdırmalar zamanı məlum olub ki, bu siyahıda dünyanın tanınmamış bir sıra ölkələri (Donetsk xalq respublikası, Somalilend, Luqansk xalq respublikası), o cümlədən qismən tanınmış ölkələr - Abxaziya, Cənubi Osetiya, Çinin Tayvan adası, Fələstin və Saxara respublikası da qeyd olunub.



Qeyd edək ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Onun ayrıca dövlət kimi təqdim olunması ölkəmizin ərazi bötüvlüyünə qarşı təxribatdır.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Viber   Qarabağ  





Xəbər lenti