MSK sədri: “Bu hallar seçki prosesinə kölgə sala bilməz”

MSK sədri: “Bu hallar seçki prosesinə kölgə sala bilməz”
  10 Aprel 2018    Oxunub:1374
“Azərbaycanda seçici siyahılarında problem yoxdur. Kiminsə adı seçici siyahısında olmaya bilər. Bu, normaldır”
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

MSK sədri bildirib ki, bu, vətəndaşın səsverməsinə əngəl yaratmır: “Bəzən insanlar seçici siyahısına düşməkdən yayınırlar. Biz onlara çağırış edirik ki, adlarının seçici siyahısına daxil edilməsi üçün müraciət etsinlər. Təəssüflər olsun ki, insanlar buna biganə yanaşırlar. Bu hallar seçki prosesinə kölgə sala bilməz”.

M.Pənahov qeyd edib ki, adı seçici siyahısında olmayan şəxs səsvermə hüququndan istifadə etmək istəyirsə, qeydiyyatda olduğu ərazi üzrə seçki məntəqəsinə sənədlərini təqdim edib, namizədinə səs verə bilər.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Seçki   Məzahir-Pənahov  





Xəbər lenti