Seçkilərə hazırlıq işləri yüksək qiymətləndirilib

Seçkilərə hazırlıq işləri yüksək qiymətləndirilib
  10 Aprel 2018    Oxunub:1223
Aprelin 10-da MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedevin rəhbərliyi ilə qurumun nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında (MSK) olub.
MSK sədri Məzahir Pənahovla keçirilən görüşdə Sergey Lebedev Komissiyanın seçki prosesinin yüksək səviyyədə təşkili istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. O bildirib ki, seçki prosesində rast gəlinəcək çatışmazlıqların aradan qaldırılması üçün bütün işlər görülüb. Bu isə Azərbaycanda seçkilərə hazırlıq işlərinin ildən-ilə təkmilləşdiyini göstərir. Sergey Lebedev qeyd edib ki, MDB nümayəndələri bu dəfə də seçki prosesini yaxından izləyəcəklər.

MSK sədri Məzahir Pənahov seçkilərə hazırlıq işləri barədə ətraflı məlumat verib. O bildirib ki, seçki prosesinin şəffaf, normativ-hüquqi əsaslara uyğun keçirilməsinin təmin olunması üçün MSK tərəfindən bütün işlər görülüb. Sədr MDB-nin müşahidə missiyasının ölkəmizdə keçiriləcək prezident seçkilərini izləməsini yüksək qiymətləndirdiyini deyib.

AzVision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti