Ədliyyə orqanlarında işləmək istəyənlər üçün şans
Xatırladılır ki, müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak üçün müraciətlərin qəbulu “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması” adlı elektron xidmət vasitəsilə həyata keçirilir. Ərizələr poçt vasitəsilə də göndərilə bilər.
Test imtahanının vaxtı, yeri və digər məsələlər barədə əlavə məlumat veriləcəkdir.
İmtahanlara hazırlıq kursunda iştirak etmək istəyən namizədlər birbaşa Nazirliyin Ədliyyə Akademiyasına müraciət edə bilərlər (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: (012) 493-71-31).
Nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, 537-05-90 nömrəli telefonlar vasitəsilə bütün suallarla bağlı operativ informasiya almaq olar.
AzVision.az
Teqlər: Ədliyyə-Nazirliyi Qəbul Ərizə