Azərbaycanın üçüncü peyki orbitə buraxılır - VİDEO

Azərbaycanın üçüncü peyki orbitə buraxılır - VİDEO
  11 Aprel 2018    Oxunub:5073
Azərbaycanın üçüncü peykinin təyin olunan vaxtda orbitə çıxarılmasını təmin etmək məqsədilə peykin və daşıyıcı raketin hazırlanması üzrə bütün işlər qrafikə uyğun şəkildə davam etdirilir.
Yyeni peykin istismarı üçün Bakıda və Naxçıvan Muxtar Respublikasında yerüstü infrastrukturun modernizasiyası ilə bağlı işlər artıq yekunlaşıb. Peykin orbitə buraxaılacağı dəqiq tarix də artıq bəllidir.

Hazırda orbitdə olan "Azerspace-1" vasitəsi ilə 100-ə yaxın televiziya və radio kanalı yayımlanır. Yeni peykin buraxılması ilə isə qonşu Gürcüstan bazarında lider mövqeyə malik olan, o cümlədən Tükiyədə özünəməxsus bazar payına sahib "Azerkosmos”un imkanları daha da genişlənəcək.

25-ə yaxın ölkədə sabit müştəri bazası olan "Azərkosmos"un yeni peykinin orbitə buraxılması ilə bazarda tərəfdaşlarının sayı da artıracaq. Belə ki, "Azərspace 2"nin xidmətlərinin bir qismi peyk orbitə buraxılmadan özünə müştəri qazana bilib.

Artıq 3 ildir ki, "Azərkosmos" tərəfindən Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində peykdən əldə edilmiş təsvirlər təmənnasız olaraq elmi tədqiqat institutları, universitetlər və digər qurumlara təqdim olunur. (Xəzər TV)



AzVision.az


Teqlər: Peyk   Orbit   Kosmos  





Xəbər lenti