"İnsanlar seçkilərə yaxşı əhval-ruhiyyədə gəlir" - İlyas Umaxanov

"İnsanlar seçkilərə yaxşı əhval-ruhiyyədə gəlir" -  İlyas Umaxanov
  11 Aprel 2018    Oxunub:1445
MDB Parlament Assambleyası müşahidə missiyasının rəhbəri, Rusiyanın Federasiya Şurasının sədrinin müavini İlyas Umaxanovun başçılığı ilə Azərbaycan prezident seçkilərində səsvermə prosesini izləməyə başlayıb.
İ.Umaxanov 29 saylı seçki dairəsinin 2 saylı seçki məntəqəsində səsvermə prosesini müşahidə edib. Müşahidə missiyasının rəhbəri bildirib ki, insanlar səsverməyə yaxşı əhval-ruhiyyədə gəlirlər.

"Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində seçki komissiyasının çox dəqiq və sistemli işini görürük. Artıq dördüncü dəfədir prezident seçkilərini müşahidə edirəm. Həm təşkilatçılıq, həm də əhval-ruhiyyə yüksək səviyyədir. İnsanlar seçkilərə yaxşı əhval-ruhiyyədə gəlir. Hiss olunur ki, insanlar səsverməyə xoş əhval-ruhiyyə, gələcəyə inamla, ölkələrini çiçəklənən, sülh şəraitində görmək ümidilə gəlirlər. Əminik ki, Azərbaycan xalqı düzgün seçim edəcək" , - İlyas Umaxanovv deyib.

AzVision.az


Teqlər: MDB-PA   Seçki  





Xəbər lenti