"Azərbaycana istənilən köməyi göstərməyə hazırıq" - Pakistanlı admiral

"Azərbaycana istənilən köməyi göstərməyə hazırıq" - Pakistanlı admiral
  11 Aprel 2018    Oxunub:1488
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Zəfər Mahmud Abbasi ilə görüşüb.
Səfirlikdən AzVision.az-a verilən məlumata görə, görüşdə hər iki ölkənin bir-birinə bütün sahələrdə göstərdiyi birmənalı dəstəyin daim yüksək qiymətləndirildiyi vurğulanıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin və Kəşmir məsələsinin beynəlxalq huququn tələbləri və BMT Təhlükəsizlik Şurasının qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasının vacibliyi qeyd olunub.

Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Zəfər Mahmud Abbasi Pakistan Hərbi Dəniz Qüvvələrinin Azərbaycan Hərbi Dəniz Qüvvələrinə istənilən köməyi və dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.

Görüşdə həmçinin, Azərbaycan və Pakistan arasında səmimi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin, hərbi-texniki sahədə əməkdaşlığın davam etdirilməsi, keçirilən təlimlərdə iştirakın mütəmadi təmin olunması, təcrübə mübadiləsi və səfərlərin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Pakistan   Qarabağ  





Xəbər lenti