Prezident seçkiləri: Bölgələrdə vəziyyət necədir?

Prezident seçkiləri: Bölgələrdə vəziyyət necədir?
  11 Aprel 2018    Oxunub:3039
Prezident seçkiləri Qarabağ bölgəsində seçicilərin fəallığı ilə başlayıb.

Dairə seçki komissiyalarından AzVision.az-a verilən məlumata görə, səsvermə hüququ olan sakinlər səhər saat 8:00-dan etibarən seçki məntəqələrinə gələrək azad, sərbəst şəkildə səs verir, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan bu siyasi kampaniyada fəal iştirak edirlər.
Ağdam rayonunda seçkilər 118 və 119 saylı dairələrdə keçirilir. 118 saylı Ağdam şəhər seçki dairəsi dairə seçki komissiyasının 46 məntəqəsi 39 min 903 seçicini əhatə edir. Ağdamlı məcburi köçkünlər Bakı şəhərində, Abşeron və Bərdə rayonlarında təşkil edilmiş məntəqələrdə səs verirlər. Məntəqələrdə seçicilər və müşahidəçilər üçün hər cür şərait yaradılıb. Səsvermənin gedişini izləmək üçün 1 və 28 saylı məntəqələrdə veb-kameralar quraşdırılıb. Səsvermənin gedişini 496 müşahidəçi izləyir. 48 saylı Yevlax seçki dairəsinin 31 seçki məntəqəsi üzrə 34 min 727 seçici qeydə alınıb. Seçki məntəqələrinin 15–də veb-kameralar quraşdırılıb.

49 saylı Yevlax-Mingəçevir seçki dairəsi dairə seçki komissiyasından verilən məlumata görə, seçkilər 38 seçki məntəqəsində keçirilir. Seçki məntəqələrinin 26-sı Yevlaxda, 12-si isə Mingəçevirdə yerləşir. Qeydə alınmış 36 min 823 seçicidən 694 nəfəri ilk dəfə səs verəcək vətəndaşlardır. Seçkilərin gedişini 400 nəfər müşahidəçi izləyir. 4, 7, 15, 18, 21, 34, 35 saylı məntəqələrdə seçkinin gedişini veb-kamera vasitəsilə izləmək mümkündür. Prezident seçkiləri 81 sayı Beyləqan seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində də seçicilərin yüksək fəallığı ilə başlayıb. Dairə üzrə 39 seçki məntəqəsində 37 min 522 seçicinin səs verməsi nəzərdə tutulur. Məntəqələrin 5-də veb-kamera quraşdırılıb. Sesvermənin gedişi 402 müşahidəçi tərəfindən izlənilir.

Seçkilər 82 saylı Ağcabədi seçki dairəsinin 46 seçki məntəqəsində keçirilir. Səsvermə prosesini izləmək üçün 2, 3, 7, 8, 11, 13, 22 saylı məntəqələrdə veb-kameralar quraşdırılıb. Dairə üzrə seçicilərin ümumi sayı 46 min 344 nəfərdir. Seçkiləri 475 müşahidəçi izləyir.

84 saylı Füzuli seçki dairəsi üzrə isə 71 seçki məntəqəsi fəaliyyət göstərir. Seçki məntəqələrinin 46-sı rayonun işğaldan azad edilmiş ərazisində, 25-i isə respublikanın digər şəhər və rayonlarında yerləşir. Seçicilərin ümumi sayı 46 min 085 nəfərdir. Seçicilərdən 827 nəfəri ilk dəfə səs verən gənclərdir ki, onlardan da 305-nin 18 yaşı bu il tamam olub. Yeddi məntəqədə seçkilərin gedişini veb-kamera vasitəsilə izləmək mümkündür. Seçkiləri 839 müşahidəçi izləyir.

93 saylı Bərdə şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Şakir Əliyevin verdiyi məlumata görə, 50 seçki məntəqəsi üzrə 43 min 681 seçici qeydə alınıb. Seçicilərin 884 nəfəri səsvermədə ilk dəfə iştirak edir. On bir seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçkini izləmək üçün 581 müşahidəçi qeydiyyatdan keçib. 94 saylı Bərdə kənd seçki dairəsində seçkilər seçicilərin yüksək fəallığı ilə başlayıb. Dairə üzrə səsvermə 54 seçki məntəqəsində təşkil edilib. 6, 11, 22, 27, 45 saylı seçki məntəqələrində veb-kameralar quraşdırılıb. 1274 nəfər seçicinin 80-100 yaş arasında, 15 seçicinin yaşı isə 100-dən artıqdır.

Prezident seçkiləri 95 saylı Tərtər seçki dairəsinin 38 məntəqəsində təşkil olunub. Məntəqələrdə seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb, 8 məntəqədə veb-kameralar quraşdırılıb. Seçki prosesini 390 müşahidəçi izləyir. Dairə üzrə seçicilərin ümumi sayı 38 min 38 nəfərdir. Laçın rayonunun ərazisi Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu üçün 121 saylı Laçın seçki dairəsini əhatə edən 102 seçki məntəqəsi respublikanın 48 şəhər və rayonunda, o cümlədən laçınlı məcburi köçkünlərin daha çox məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir.

Şəki-Zaqatala bölgəsi rayonlarında da Azərbaycan Respublikasının Prezidenti seçkilərinə start verilib. Səhər saat 8.00-dan etibarən bölgəyə daxil olan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında fəaliyyət göstərən 9 seçki dairəsinin 418 seçki məntəqəsi qapılarını seçicilərin üzünə açıb. Dairə seçki komissiyalarından verilən məlumata görə, bu seçki dairələri üzrə adları seçici siyahılarına daxil edilən seçicilərin ümumi sayı 383 min 926 nəfərdir.

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 316 seçki məntəqəsində səhər saat 8:00-da Azərbaycan Respublikası Prezidentinin seçkilərinə start verilib. 7 seçki dairəsini əhatə edən 35 seçki məntəqəsində səsvermə prosesini internet vasitəsilə canlı olaraq izləmək mümkündür. Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçular seçkilərə 5 gün qalmış yaradılan 21 qapalı və 3 ümumi seçki məntəqəsində, Sərhəd Qoşunlarının hərbi qulluqçuları 1 qapalı və 19 ümumi seçki məntəqəsində, Daxili Qoşunlarda qulluq edən hərbi qulluqçular 1 qapalı seçki məntəqəsində və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində cəzaçəkən məhkumlar 1 qapalı seçki məntəqəsində səs verirlər. Muxtar respublikadakı 7 seçki dairəsi üzrə, ümumilikdə, 262 min 874 nəfər seçici qeydə alınıb. Seçicilərin 1368 nəfəri 18 yaşı yeni tamam olmuş və ilk dəfə səs verən vətəndaşlardır. 2016-cı ildə keçirilmiş referendum ilə müqayisədə muxtar respublika üzrə seçicilərin sayı 1661 nəfər, yəni 0,6 faiz artıb.

124 saylı Şuşa-Ağdam- Xocalı-Xocavənd seçki dairəsi üzrə hazırda 85 seçki məntəqəsi fəaliyyət göstərir. Bu seçki məntəqələri respublikanın 55 rayonunda yerləşir.Bu gün dairə seçki komissiyası özündə Şuşa, Ağdam, Xocalı və Xocavənd rayonlarının seçicilərini birləşdirir. Ümumilikdə isə 44 min 88 nəfər seçici qeydiyyata alınıb. Dairə seçki komissiyasının 9 üzvü var və onlar sözügedən rayonların nümayəndələridir.

98 saylı Şəmkir şəhər, 99 saylı Şəmkir kənd, 100 saylı Şəmkir-Daşkəsən, 105 saylı Tovuz, 106 saylı Tovuz-Qazax-Ağstafa, 107 saylı Qazax və 108 saylı Ağstafa seçki dairələrində prezident seçkiləri vaxtında – saat 8:00-da başlayıb. 98 saylı Şəmkir şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Abdulla Sadiqov bildirib ki, dairənin əhatə etdiyi 34 məntəqədə 39 min 436 seçici səs verəcək. Seçicilərin 321 nəfəri ilk dəfə səs verəcək gənclərdir. Dairənin 12 məntəqəsində veb-kamera quraşdırılıb. Seçkilərin gedişini izləmək üçün 343 yerli müşahidəçi qeydiyyata alınıb.

99 saylı Şəmkir kənd seçki dairəsi dairə seçki komissiyasının sədri Rafiq Məmmədovun verdiyi məlumata görə, dairənin əhatə etdiyi 40 məntəqədə 43523 nəfər seçici səs verəcək. Onlardan da 359 nəfəri ilk dəfə səs verəcək gənclərdir. Səsvermədə iştirak edəcək seçicilərin 5 nəfərinin yaşı 100-dən yuxarıdır. Məntəqələrin 5-də veb-kamera quraşdırılıb. Səsvermənin gedişini izləmək üçün 406 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.

AzVision.az





Teqlər: Seçki   Səsvermə  





Xəbər lenti