Ən aktiv və ən passiv seçki dairələri məlum oldu

Ən aktiv və ən passiv seçki dairələri məlum oldu
  11 Aprel 2018    Oxunub:6974
Bu gün keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri bəlli olub.

AzVision.az xəbər verir ki, saat 12:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 51 saylı Qusar seçki dairəsidir.
Bu seçki dairəsidə 46600 seçicidən 20775-i (44.58%) artıq səsvermədə iştirak edib. Saat 12:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 17 saylı Yasamal Üçüncü Seçki dairəsidir. Bu seçki dairəsində 40068 seçicidən 10271 seçici (25.63%) səsvermədə iştirak edib.

Qeyd edək ki, saat 12:00 olan məlumata görə, 5 milyon 314 min 365 seçicidən 2093343 nəfəri (39, 39%) səsvermədə iştirak edib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Seçki   MSK   Səsvermə  





Xəbər lenti