MSK: “Qaynar xətt”ə 100-dən çox müraciət daxil olub - (Yenilənib)

MSK: “Qaynar xətt”ə 100-dən çox müraciət daxil olub - (Yenilənib)
  11 Aprel 2018    Oxunub:2409
Bu gün keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermə zamanı qanun pozuntularının olması ilə bağlı MSK-nın 115 “Qaynar xətti”nə şikayət daxil olmayıb.
AzVision.az-ın məlumatına görə, ümumilikdə “Qaynar xətt”ə 100-dən artıq müraciət daxil olub.

Müraciətlərin hamısı sorğu xarakterlidir. Yanlız seçki məntəqələrinin ünvanının öyrənilməsi üçün müraciət olub.

***
(13:44)

Bu gün keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermə zamanı qanun pozuntularının olması ilə bağlı MSK-nın 115 “Qaynar xətti”nə indiyədək şikayət daxil olmayıb.

AzVision.az-ın məlumatına görə, “Qaynar xətt”ə ümumilikdə 11 müraciət daxil olub.

“Müraciətlərin hamısı sorğu xarakterlidir. Yanlız seçki məntəqələrinin ünvanının öyrənilməsi üçün müraciətlər olub”- Komissiyadan bildirilib.

Elvin Abdulədirov
AzVision.az


Teqlər: MSK   Seçki   Qaynar-Xətt  





Xəbər lenti