"Seçki tam şəffaf keçirilir, qanun pozuntusu olmayıb" - MSK sədri

"Seçki tam şəffaf keçirilir, qanun pozuntusu olmayıb" - MSK sədri
  11 Aprel 2018    Oxunub:1750
"Bu saata qədər seçki prosesi ilə bağlı rəsmi şəkildə heç bir qanun pozuntusu qeydə alınmayıb"
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, Azərbaycanda prezident seçkiləri ilə bağlı səsvermə prosesi tam şəffaf şəkildə həyata keçirilir.

MSK sədri, eyni zamanda, 36 saylı Seçki Dairəsinin 3 və 4 saylı seçki məntəqələrində jurnalistlərdən prosesi izləmələri üçün arayış istənilməsi məsələsinə münasibət bildirib. O, qeyd edib ki, bununla bağlı müraciət daxil olmayıb. "Bu, qanunazidd addımdır. Polisin və Komissiyanın belə hüququ yoxdur".

Aytən Zəhra
AzVision.az



Teqlər: MSK   Seçki   Məzahir-Pənahov  





Xəbər lenti