Saat 15:00-a olan nəticələr: 60, 74% seçici səs verib - (VİDEO)

Saat 15:00-a olan nəticələr: 60, 74% seçici səs verib - (VİDEO)
  11 Aprel 2018    Oxunub:4967
Bu gün keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində saat 15:00-a qədər 3227817 seçici iştirak edib.

AzVision.az-ın məlumatına görə, bu barədə Mərkəz Seçki Komissiyası (MSK) Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.
MSK rəsmisi bildirib ki, səsverməyə start verilən andan - saat 08:00-dan indiyədək ölkə üzrə 5 milyon 314 min 365 seçicidən 3227817 nəfəri (60, 74%) səsvermədə iştirak edib.



Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti