Seçici fəallığının ən yüksək və ən aşağı olduğu dairələr

Seçici fəallığının ən yüksək və ən aşağı olduğu dairələr
  11 Aprel 2018    Oxunub:1062
Bu gün keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri bəlli olub.
AzVision.az xəbər verir ki, saat 15:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 14 saylı Xəzər seçki dairəsidir.

Bu seçki dairəsidə 51117 seçicidən 35135-i (68.73%) artıq səsvermədə iştirak edib.

Saat 15:00 olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 17 saylı Yasamal Üçüncü Seçki dairəsidir. Bu seçki dairəsində 40068 seçicidən 17657-i (44.07%) səsvermədə iştirak edib.

Qeyd edək ki, saat 15:00 olan məlumata görə, 5 milyon 314 min 365 seçicidən 3 227 817 nəfəri (60,74%) səsvermədə iştirak edib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Seçki   MSK   Dairə  





Xəbər lenti