“Səsvermə üçün çox yaxşı şərait yaradılıb” - İƏT baş katibinin köməkçisi

“Səsvermə üçün çox yaxşı şərait yaradılıb” - İƏT baş katibinin köməkçisi
  11 Aprel 2018    Oxunub:1234
Seçki məntəqələrində seçicilərin problemlə qarşılaşması müşahidə olunmayıb, səsvermə üçün çox yaxşı şərait yaradılıb. Məntəqə komissiyalarının üzvləri seçicilərə diqqətlə yanaşırlar.
Bu sözləri 20 saylı Nərimanov II seçki dairəsinin 16 saylı seçki məntəqəsində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının baş katibinin köməkçisi Əli Əsgər Məhəmmədi deyib.

Həm səsvermə prosesinin, həm də yaradılan şəraitin yüksək səviyyədə olduğunu bildirən beynəlxalq müşahidəçi bütün bunların ölkənin daha yaxşı gələcəyindən xəbər verdiyini vurğulayıb, bu seçkinin Azərbaycan xalqına rifah gətirəcəyinə ümidvar olduğunu deyib.

AzVision.az


Teqlər: seçki   İƏT  





Xəbər lenti