"Xalq İlham Əliyevi prezident seçib" - Əli Əhmədov

"Xalq İlham Əliyevi prezident seçib" - Əli Əhmədov
  12 Aprel 2018    Oxunub:3489
"Azərbaycanda növbəti prezident seçkiləri baş tutub. Seçkilərdə 3.9 milyon seçici iştirak edib. Bu da seçicilərin 74.5 faizi deməkdir"

AzVision.az xəbər verir ki, bunu Baş nazirinin müavini, YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov prezident seçkilərinin ilkin nəticələrinə həsr olunan tədbirdə deyib.
Ə.Əhmədov bildirib ki, Azərbaycan xalqı doğru seçim edərək İlham Əliyevi prezident seçib:

"Azərbaycan xalqı hər zaman olduğu kimi düzgün seçim edib. Bu, İlham Əliyevdir. Prezident İlham Əliyev Azərbaycan üçün çox xidmətlər edib. Növbəti 7 il Azərbaycanda inkişafın yeni mərhələsi olacaq. Bu 7 il daha sürətli inkişaf ili olacaq.
Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm. Qələbənin əldə olunmasında YAP böyük işlər görüb. Azərbaycanın bu günü kimi gələcəyi də İlham Əliyevlə bağlıdır".



Anar Kəlbiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: YAP   Əli-Əhmədov  





Xəbər lenti