Ən aktiv və passiv seçki dairələri - Yekun məlumat açıqlandı

Ən aktiv və passiv seçki dairələri - Yekun məlumat açıqlandı
  12 Aprel 2018    Oxunub:1719
Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri məlum olub.
AzVision.az xəbər verir ki, yekun-saat 19:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 1 saylı Şərur-Sədərək seçki dairəsidir. Bu seçki dairəsində 38 713 seçicidən 32 132 nəfəri (83%) səsvermədə iştirak edib.

Seçici fəallığının ən aşağı olduğu dairə 17 saylı Yasamal Üçüncü seçki dairəsidir. Bu dairədə qeydiyyatda olan 40 068 seçicidən 24 646 nəfəri (61.51%) səsvermədə iştirak edib.

Qeyd edək ki, yekun-saat 19:00 olan məlumata görə, 5 milyon 314 min 365 seçicidən 3 959 553 nəfəri (74,51%) səsvermədə iştirak edib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Seçki   Seçici   Dairə  





Xəbər lenti