"Gün gələcək Qarabağda Azərbaycan prezidenti seçiləcək" - İlham Əliyev

"Gün gələcək Qarabağda Azərbaycan prezidenti seçiləcək"  - İlham Əliyev
  12 Aprel 2018    Oxunub:2211
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyimizdən bir addım geriyə atmamışıq. Bizim prinsipial mövqeyimiz daha da güclənir. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bunun başqa yolu yoxdur"
AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib. Ölkə başçısı bildirib ki, son illər ərzində bir çox mötəbər beynəlxalq təşkilatlar bizim mövqeyimizi, ədaləti dəstəkləyən bir sıra qərar və qətnamələr qəbul ediblər.

"Biz böyük diplomatik qələbələrə nail olmuşuq. Eyni zamanda döyüş meydanında biz böyük qələbəyə nail olmuşuq. Azərbaycan əsgəri, Azərbaycan ordusu, Azərbaycan dövləti işğal altında olan torpaqlarımızın bir hissəsini işğalçılardan azad edib. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan təmizlənib və o torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır".

İlham Əliyev, həmçinin qeyd edib: "İşğaldan azad edilmiş torpaqlara həyat qayıdır, insanlar qayıdır, o torpaqlarda prezident seçkiləri keçirilir və gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq, bu torpaqlarda prezident seçkiləri keçiriləcək, Azərbaycan prezidenti seçiləcək".

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Qarabağ  





Xəbər lenti