Binəli Yıldırımdan Azərbaycan prezidentinə təbrik

Binəli Yıldırımdan Azərbaycan prezidentinə təbrik
  11 Aprel 2018    Oxunub:928
Türkiyənin baş naziri Binəli Yıldırım İlham Əliyevə prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir: “Aprelin 11-də Azərbaycanda keçirilən seçkilərdə prezident vəzifəsinə yenidən seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi çatdırıram.

Dost və qardaş Azərbaycan xalqının iradəsini əks etdirən bu seçkilərin şəffaflıq və etimad şəraitində keçirilməsindən məmnunluq duyuruq.

Qardaş Azərbaycanın sabitlik, əmin-amanlıq və rifah içində yaşayan ölkə olaraq inkişaf etməsində liderliyinizin rolu şübhəsiz ki, böyükdür.

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin istər ikitərəfli, istərsə də çoxtərəfli platformalarda dərinləşərək irəliləməsindəki liderlik rolunuzun davam edəcəyinə və qarşılıqlı münasibətlərimizin qardaş xalqlarımızn xeyrinə olaraq daha da yüksək səviyyəyə çatacağına inamım qətidir.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləklərimi, qardaş Azərbaycanın rifahı və sabitliyi naminə ən səmimi arzularımı çatdırıram.”

AzVision.az


Teqlər: Binəli-Yıldırım   Təbrik  





Xəbər lenti