"Seçkidə heç bir xoşagəlməz hal baş verməyib" - MSK sədri

"Seçkidə heç bir xoşagəlməz hal baş verməyib" - MSK sədri
  12 Aprel 2018    Oxunub:1341
“Səsvermə sakit və Azərbaycan seçicilərinin konstitusion hüquqlarını reallaşdırmaq baxımından bütün standartlara cavab verən şəraitdə həyata keçirilib”.

AzVision.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib.
MSK sədri qeyd edib ki, seçkidə heç bir xoşagəlməz hal baş verməyib: “Hesab edirəm ki, bu artıq Azərbaycan ictimaiyyətinin seçki mədəniyyətinin kifayət qədər yüksək olmasının göstəricisidir”.

M.Pənahov bildirib ki, bütün proseslər qanunvericiliyin tələbinə uyğun həyata keçib: “Dairə və Məntəqə seçki komissiyaları öz vəzifələrinin öhdəsindən çox yüksək səviyyədə gəliblər. Bunu çoxsaylı müşahidə missiyalarının Mərkəzi Seçki Komissiyasındakı görüşlərində bizə verdikləri məlumat əsasında deyirəm”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti