"Seçkidə qanun pozuntusu qeydə alınmayıb" - Müşahidəçilər

"Seçkidə qanun pozuntusu qeydə alınmayıb" - Müşahidəçilər
  12 Aprel 2018    Oxunub:1575
“Azərbaycan xalqını İlham Əliyevin prezident seçilməsi münasibətilə tərbik edirəm".
AzVision.az xəbər verir ki, bunu Qırğızıstan-Azərbaycan parlamentlərarası dostluq qrupu rəhbərinin müavini Talaybek Masabirov deyib. O, bildirib ki, seçkilərin müşahidəsi zamanı heç bir qanun pozuntusu ilə rastlaşmayıb:

"Dünən məntəqələri gəzdik. Təxminən, 10 məntəqədə olduq. Heç bir məntəqədə pozuntu hallarına rast gəlmədik. Seçicilər üçün yaxşı şərait yaradılmışdı. Bərabərhüquqlu şəkildə səsvermə baş tutdu. Azərbaycan xalqına rifah və çiçəklənmə arzu edirik”.

Qazaxıstan parlamentinin senat üzvü Abdalı Nuralıyev yaxşı seçki atmosferinin olduğunu deyib.

"Bakıda bir neçə seçki məntəqəsində olduq. Hər şey qanunauyğun şəkildə təşkil edilmişdi. Heç bir qanun pozuntusu müşahidə etmədik. Azərbaycan xalqını bu böyük hadisə münasibətilə təbrik edirəm” - deyə A.Nuralıyev vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Seçki   Müşahidəçi  





Xəbər lenti