MDB PA missiyasının rəhbəri: "İlham Əliyev nüfuzlu liderdir"

MDB PA missiyasının rəhbəri: "İlham Əliyev nüfuzlu liderdir"
  12 Aprel 2018    Oxunub:1394
"Azərbaycanda prezident seçkiləri qanuna uyğun şəkildə keçirilib".

AzVision.az xəbər verir ki, bunu MDB Parlament Assambleyası müşahidə missiyasının rəhbəri İlyas Umaxanov seçkilərin yekunlarına dair mətbuat konfransında deyib.
Missiya rhbəri bildirib ki, Qafqazda platforma və proqram deyil, şəxsiyyətin nüfuzunun olması vacibdir: "Prezident İlham Əliyev nüfuzlu liderdir".

Umaxanov vurğulayıb ki, ölkədə seçkilərə çox böyük maraq müşahidə edilib. O, seçkilərlə bağlı səlahiyyətli qurumların fəaliyyətini xüsusi qeyd edib: "Mükəmməl şəkildə seçki təşkilatçılığına görə, Azərbaycan xalqını təbrik edirəm".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: MDB   Seçki  





Xəbər lenti