İlham Əliyev nümayəndə heyətini qəbul edib - Yenilənib

İlham Əliyev nümayəndə heyətini qəbul edib - Yenilənib
  12 Aprel 2018    Oxunub:1977
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Avstraliya Parlamentinin nümayəndələr palatasının deputatı, Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun üzvü Efstathios Georganasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzVision.az xəbər verir ki, Avstraliya İttifaqı Parlamentinin nümayəndə heyətinin üzvləri Azərbaycana səfərlərindən məmnunluqlarını ifadə edərək seçki məntəqələri bağlandıqdan dərhal sonra keçirdikləri brifinq zamanı bütün seçki prosesinin şəffaf şəkildə keçdiyini, seçki məntəqələrində seçici fəallığının və səsvermənin demokratik şəraitdə aparıldığının şahidi olduqlarını bildirdilər.

Dövlətimizin başçısı ölkəmizdə seçkilərin qanunvericiliyə uyğun, açıq və şəffaf şəkildə keçirilməsi, bununla da əhalinin iradəsini sərbəst ifadə etməsi üçün hər cür şərait yaradıldığını bildirdi. Prezident İlham Əliyev seçicilərin səsvermədə çox fəal şəkildə iştirak etdiklərini məmnunluqla qeyd etdi, eyni zamanda, seçkilərin Azərbaycanın üzv olduğu Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə tam uyğun şəkildə keçirildiyini vurğuladı.

AzVision.az


Teqlər: İlham-Əliyev   ŞƏT  





Xəbər lenti