"Nüfuzlu qurumlar seçkini nümunəvi hesab edir" - Məzahir Pənahov

"Nüfuzlu qurumlar seçkini nümunəvi hesab edir" - Məzahir Pənahov
  12 Aprel 2018    Oxunub:1327
“Səsvermənin gedişi nizamlı-intizamlı olub. Həm beynlxalq, həm də yerli müşahidəçilər prosesi izləyib. Bütün müşahidəçilərin fikirləri müsbətdir”.
AzVision.azın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

MSK sədri bildirib ki, kifayət qədər nüfuzlu beynəlxalq qurumlar seçkini nümunəvi təşkil olunmuş proses kimi qiymətləndiriblər: "Müşahidəçilər hər hansı neqativ hala rast gəlmədiklərini qeyd ediblər.. Hesab edirəm ki, bu prezident seçkisi Azərbaycanın həyatında tarixi bir hadisəyə çevrildi".

M.Pənahov qeyd edib ki, rəsmi protokolların qəbul olunması prosesi bu gün başa çatdırılacaq və bundan sonra Mərkəzi Seçki Komissiyası rəsmi nəticələrin ictimailəşdirilməsi ilə məşğul olacaq.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti