Əliyevə növbəti təbrik Ruhanidən gəldi

Əliyevə növbəti təbrik Ruhanidən gəldi
  12 Aprel 2018    Oxunub:1455
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan respublikasının prezidenti seçilməsi münasibətilə İlham Əliyevə təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Bu seçim Azərbaycan Respublikası xalqının hökumətin proqramlarını dəstəkləməsinin, həmçinin Sizin rəhbərliyinizlə ölkənizin inkişafı və rifahı yolunun davam etdirilməsində maraqlı olduğunun göstəricisidir.

Əminəm ki, xalqlarımızın ortaq tarixi, dini və mədəni dəyərlərindən qaynaqlanan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq və qardaşlıq münasibətlərinin inkişafı prosesi hər iki ölkə rəsmilərinin birgə səyləri ilə bundan sonra da əzmlə davam etdiriləcəkdir.

Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının xalqına isə rifah və başucalığı arzulayıram".

AzVision.az


Teqlər: İlham-Əliyev   Ruhani   İran   Seçki  





Xəbər lenti