ATƏT-in missiya rəhbəri: "11 aprel seçkiləri yaxşı hazırlanmışdı"

ATƏT-in missiya rəhbəri: "11 aprel seçkiləri yaxşı hazırlanmışdı"
  12 Aprel 2018    Oxunub:2801
"Biz Azərbaycan xalqının dostlarıyıq. Azərbaycanla əməkdaşlıq etməyə hazırıq. 11 aprel seçkiləri yaxşı hazırlanmışdı"

AzVision.az xəbər verir ki, bunu ATƏT-in ümumi qısamüddətli missiyasının rəhbəri, seçkilər zamanı ATƏT PA və ATƏT DTİHB müşahidəçiləri arasında koordinasiya həyata keçirən portuqaliyalı parlamentari Nilza de Sena Azərbaycanda 11 apreldə keçirilən prezident seçkiləri ilə bağlı mətbuat konfransında deyib.
Nilza de Sena qeyd edib ki, seçicilər öz imkanlarından normal şəkildə istifadə edə biliblər: "Mərkəzi Seçki Komissiyasının peşəkar işini qiymətləndiririk".

AŞPA üzvü Viorel Bardea xatırladıb ki, 38 üzvdən ibarət heyət seçkini izləyib: "Hər bir millətin hüququ var ki, öz rəhbərini seçsin. Biz seçkilərin demokratik qaydalara uyğun keçirilməsinə nəzarət etdik. Azərbaycan demokratik dövlətlər sırasına daxildir".

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda prezident seçkilərini izləyən müşahidə missiyasının rəhbəri Koryen Yonker isə bildirib ki, Azərbaycan ATƏT-in üzvüdür: "Ölkənin üzərinə götürdüyü öhdəliklər var. Bütün ATƏT DTİHB iştirakçı dövlətlərində standart yoxlamalar aparır. Seçki müşahidə nümayəndəmiz seçkiləri izləyib. Bizim qiymətləndirməmiz bu gün səhərə kimi davam edib. Bu seçkilər 2016-cı ildə konstitusiyaya edilən dəyişiklikdən sonra ilk prezident seçkiləridir. Seçki Adminstrasiyası yaxşı maliyyələşib və seçkiyə yaxşı hazırlaşıblar".

Eldar Tanr verdiyev
AzVision.az


Teqlər: Seçki   ATƏT  





Xəbər lenti