Monqolustan prezidenti İlham Əliyevə zəng edib

Monqolustan prezidenti İlham Əliyevə zəng edib
  12 Aprel 2018    Oxunub:2445
Aprelin 12-də Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
AzVision.az xəbər verir ki, Xaltmaaqiyn Battulqa İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, ona Azərbaycan xalqının və dövlətinin rifahı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Prezident Xaltmaaqiyn Battulqaya minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyini əminliklə qeyd ediblər.

AzVision.az


Teqlər: İlham-Əliyev   Monqolustan  





Xəbər lenti