Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən
AzVision.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu və 307-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci və 10.5-ci maddələrinin şərh edilməsinə dair Nizami Rayon Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun mayın 2-nə təyin edilmiş iclasında baxılacaq.
AzVision.az