İlham Əliyev: "Mən həmişə xalqın dəstəyinə arxalanmışam" - (FOTOLAR+VİDEO)

İlham Əliyev: "Mən həmişə xalqın dəstəyinə arxalanmışam" - (FOTOLAR+VİDEO)
  13 Aprel 2018    Oxunub:4102
“Biz hamımız çalışmalıyıq ki, bundan sonra da ölkəmizi gücləndirək, daha güclü dövlət quraq. Yolumuz müstəqillik yoludur. Heç bir kənar qüvvə bizi yolumuzdan döndərə bilməz. Bu yol Azərbaycan xalqının şüurlu seçimidir"
AzVision.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev seçkilərdə qazanılan qələbə münasibətilə Bakıda keçirilən konsert proqramında deyib.

Prezident bildirib ki, biz müstəqil ölkəyik, böyük xalqıq. Ancaq böyük xalq bu qədər nəticələr əldə edə bilər, ancaq müstəqillik şəraitində Azərbaycan bu qədər uğurlar əldə edə bilər. Bizim taleyimiz öz əlimizdədir.



Ölkə rəhbəri Azərbaycan gənclərinə müraciət edərək deyib: “Üzümü Azərbaycan gənclərinə tutaraq bildirirəm ki, ölkəmizin gələcəyi sizin əlinizdə olacaq. Biz gənclərimizlə fəxr edirik. Gənc nəsil Azərbaycanı gələcəkdə idarə edəcək, müstəqillik yolu ilə xoşbəxt gələcəyə aparacaq".

Prezident, həmçinin qeyd edib ki, ötən gün Azərbaycan xalqı sabitliyə, inkişafa, tərəqqiyə səs verib: "Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam. Fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi əsas rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim. Azərbaycan xalqı dünən seçimini etdi, bir daha bizim siyasətimizə səs verdi. Sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətimizə səs verdi. Sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu gün ən yüksək zirvələrə çatıb. Bizim beynəlxalq nüfuzumuz gündən-günə artır, Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq ölkədir, daxili vəziyyətimiz sabitdir".

















































AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Seçki  





Xəbər lenti