Kür çayı üzərindəki körpü istifadəyə verilib
Qeyd edək ki, körpü 1927-ci ildə inşa edilib. 5 aşırımdan ibarətdir, ümumi uzunluğu 262, 77 metrdir. Körpünün aşırımlarının əsas elementlərində (eninə və uzununa tirlərində) çatlar, qopmalar, metal lövhələrin korroziyadan yeyilməsi pərçim bərkidicilərində boşalma, aşırımlarda metal yorğunluğu əmələ gəlmiş, bununla da körpünün aşırımlarının çox hissəsində konstruksiya və elementlər dayanıqlılıq qabiliyyətini itirmişdir. Körpünün əsaslı təmiri zamanı aşırımlardan 4-ü yenidən qurulub, metal aşırım korroziyadan təmizlənib və rənglənib. Körpünün yenidən qurulması qatarların hərəkətinin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.
Körpünün sifarişçisi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, podratçı təşkilat isə “Körpübinatikinti” MMC-dir.
AzVision.az