İlham Əliyevin Ukrayanaya rəsmi səfəri gözlənilir

İlham Əliyevin Ukrayanaya rəsmi səfəri gözlənilir
  13 Aprel 2018    Oxunub:2193
Ukraynanın Prezidenti Petro Poroşenko prezident İlham Əliyevə təbrik məktubu göndərib.
AzVision.az-ın xəbərinə görə, məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu. Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. Yenidən dövlət başçısı vəzifəsinə seçilməyiniz ölkənin uğurlu inkişafı üçün müəyyənləşdirdiyiniz siyasi kursun Azərbaycan xalqı tərəfindən hərtərəfli dəstəklənməsinin təsdiqidir.

Əminəm ki, Ukrayna ilə Azərbaycan arasında çoxtərəfli əməkdaşlıq gələcəkdə də qarşılıqlı etimad və strateji tərəfdaşlıq əsasında səmərəli şəkildə inkişaf edəcəkdir.

İnanıram ki, Ukraynaya gözlənilən rəsmi səfəriniz qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafına əlavə impuls verəcək və qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əlaqələrin dərinləşməsinə yardım edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, yeni-yeni nailiyyətlər, nəzərdə tutulmuş planların gerçəkləşməsi və dost Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".

AzVision.az


Teqlər: İlham-Əliyev   Ukrayna  





Xəbər lenti