Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənib

  13 Aprel 2018    Oxunub : 1487
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənib
Rusiyanın Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan xalqı Sizə yenidən etimad göstərdi, Azərbaycan dövlətinin inkişafına yönəlmiş kursunuzu dəstəklədi.Qoy, bu inamlı qələbə Sizə ruh yüksəkliyi, ali dövləti vəzifənizdə bundan sonra da yorulmaz fəaliyyətiniz üçün qüvvə və enerji bəxş etsin, Azərbaycanın gələcəkdə də səmərəli sosial-iqtisadi inkişafının və ictimai-siyasi sabitliyinin təmin edilməsinə yönəlmiş yeni ideyaların, layihələrin, strateji təşəbbüslərin reallaşması üçün stimul olsun. Sizin qələbənizə ürəkdən sevinirəm, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və yeni-yeni uğurlar arzu edirəm.

Tatarıstan-Azərbaycan əməkdaşlığının gələcəyinə inamla baxıram, qardaş xalqlarımızın mənafeyi, Rusiya ilə Azərbaycanın strateji tərəfdaşlığı naminə qarşılıqlı anlaşmanın möhkəmlənməsi üçün birgə fəaliyyətimizə ümid bəsləyirəm".

Eyni zamanda Dövlətlərarası Aviasiya Şurasının prezidenti, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir:

"Möhtərəm İlham Heydər oğlu. Yüksək demokratiya şəraitində keçən Azərbaycan Respublikası Prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə ürəkdən gələn ən səmimi təbriklərimi qəbul edin. Həyata keçirdiyiniz siyasətin, dövlət proqramlarının və planların Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi, heç şübhəsiz, Sizə çox böyük inamın, sabitliyi və iqtisadi inkişafı təmin edən siyasi xəttinizin düzgün olduğunun əyani təsdiqidir. Sizin rəhbərliyiniz ilə Azərbaycan Respublikası dünyada azad, hüquqi və firavan dövlətlərdən birinə çevrilib.

Seçkilərdə Sizin inamlı qələbənizə qəti əmin idim. Çünki Azərbaycanın uğurlarını və azərbaycanlıların Sizə səmimi münasibətini, həyata keçirdiyiniz sosial-iqtisadi siyasətin dəstəkləndiyini kimdənsə eşitməmişəm, özüm bunun şahidiyəm. Aviasiya ictimaiyyəti adından Sizə səmimi qəlbdən dövləti və beynəlxalq məsələlərdə daha böyük uğurlar və yeni nailiyyətlər, aydın səma arzu edirəm. Mən dahi Heydər Əliyevi və onun böyük siyasi irsini həmişə sevgi hissi ilə xatırlayıram".

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev də Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir: "Möhtərəm cənab Prezident.Prezident seçkilərində parlaq qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Müstəqil Azərbaycanın xalqı öz iradəsini inamla ifadə edərək ölkəni bundan sonra da rifaha və firavanlığa doğru aparmağı Sizə etibar etdi.

Əminəm ki, praqmatik dövlət xadimi kimi qazandığınız böyük nüfuz bundan sonra da çox mühüm daxili islahatlar aparılması və dünya siyasi arenasında Azərbaycanın mövqeyinin möhkəmlənməsi üçün etibarlı zəmin olacaq. Qəti əminəm ki, Sizin müdrik siyasətiniz və parlaq diplomatik istedadınız sayəsində Rusiya ilə Azərbaycanın yaxınlaşması davam edəcək və ölkələrimiz bundan sonra da müasir dövrün çağırışlarına layiqli cavab verəcək.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji və firavanlıq, qardaş Azərbaycan xalqına xoşbəxtlik, bolluq və sülh arzu edirəm".

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMTİP/BMT-nin Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzai, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili,Rusiya Federasiyasının Dağıstan Respublikası Dövlət Şurasının fəxri sədri Maqomedəli Maqomedov, Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylov, “Russneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Mixail Qutseriyev, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov, Rusiya Federasiyası Dövlət Dumasının deputatları İosif Kobzondan və Valentina Tereşkova, Rusiya Müdafiə Nazirliyinin “Oboronpromekologiya” Federal Unitar Dövlət Müəssisəsinin direktoru Xamzat Bekov, Belarusun “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyinin sədri Natiq Bağırov, Kalmık müftisi Sultanəhməd Karalayev, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov da Azərbaycan Prezidenti İlham Əliyei prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik məktubu göndərib.

AzVision.az

Teqlər: İlham-Əliyev   Təbrik   Seçki