“Azəriqaz” “ASAN xidmət” vasitəsilə 56,4 min istehlakçıya xidmət göstərib

“Azəriqaz” “ASAN xidmət” vasitəsilə 56,4 min istehlakçıya xidmət göstərib
  14 Aprel 2018    Oxunub:2146
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) bu il “ASAN xidmət” vasitəsilə 56 min 465 istehlakçıya xidmət göstərib.
Birlikdən AzVision.az-a verilən məlumata görə, “Azəriqaz” 2018-ci ilin birinci rübündə Azərbaycan ərazisində fəaliyyət göstərən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

Cari ilin yanvar–mart ayları ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “ASAN səyyar” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, Masallı, Qəbələ, Quba, Mingəçevir, həmçinin Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 56 min 465 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Azəriqaz” bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

AzVision.az


Teqlər: ASAN-Xidmət   Azəriqaz  





Xəbər lenti