"Vaşinqton terrorçulara yol açır" - Rusiya prezidentindən Əsədə dəstək

"Vaşinqton terrorçulara yol açır" - Rusiya prezidentindən Əsədə dəstək
  14 Aprel 2018    Oxunub:2368
"ABŞ Suriyaya zərbələr endirmək üçün mülki əhaliyə qarşı kimyəvi silahların tətbiqinin səhnələşdirilməsindən istifadə etdi"

AzVision.az Kremlin rəsmi saytına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
“ABŞ bir il əvvəl Suriyada Şayrat aviabazasına olduğu kimi, Dəməşq yaxınlığında yerləşən Dumaya da mülki əhaliyə qarşı kimyəvi silah tətbiqinin səhnələşdirilməsindən istifadə edərək Suriyaya hücum etdi. Rusiya hərbi ekspertləri insident baş verən yerdə olarkən xlor və ya digər zəhərli maddələrin izlərini aşkarlamayıb. Heç bir yerli sakin kimyəvi hücum faktını açıqlamayıb”, - deyə Putin vurğulayıb.

Rusiya prezidenti vurğulayıb ki, Vaşinqton hazirki hərəkətləri ilə terrorçulara yol açır.

Qeyd edək ki, bu gün səhər saatlarında ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı hərbi əməliyyatların başlaması haqda qərar verib. Trampın qərarına Fransa və Böyük Britaniya qoşulub. Gecə saatlarından başlayaraq Suriyanın paytaxtına raket zərbələri endirilib. ABŞ prezidenti çıxışında hava zərbələrinin Suriya hökumətinə məxsus kimyəvi silah istehsalı obyektlərinə vurulduğunu bəyan edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti