“ABŞ dinc əhaliyə əzab verir” – Putin

“ABŞ dinc əhaliyə əzab verir” – Putin
  14 Aprel 2018    Oxunub:2568
"ABŞ Suriyada öz addımları ilə humanitar fəlakəti daha da dərinləşdirir, yeni qaçqın dalğasının yaranmasına təhrik edir".

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
“ABŞ Suriyada öz addımları ilə humanitar fəlakəti daha da dərinləşdirir, yeni qaçqın dalğasının yaranmasına təhrik edir, dinc əhaliyə əzab verir, faktiki olaraq yeddi ildir ki, Suriya xalqını parçalayan terrorçulara yol açır, bu ölkədən, ümumilikdə regiondan yeni qaçqın dalğasının yaranmasına təhrik edir”, - deyə Kremlin rəsmi saytında bildirilib.

Putin, həmçinin vurğulayıb ki, Suriya ətrafında vəziyyət bütün beynəlxalq münasibətlərə dağıdıcı təsir göstərir: “Tarix hər şeyi öz yerinə qoyacaq. O, artıq Yuqoslaviya, İraq və Liviyada qanlı hadisələrə görə məsuliyyəti ABŞ-ın üzərinə qoyub”.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Putin   Rusiya   Suriya  





Xəbər lenti